Azərbaycanlı müğənni: “Səhv yazıblar, mənim qızım deyil” - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “Səhv yazıblar, mənim qızım deyil” - FOTOLAR

Qala qrupunun solisti, bəstəkar-müğənni Ceyhun Əliyev dostunun qızına mahnı həsr edib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, “Məryəm” adlı həmin bəstənin sözü də, musiqisi də özünə məxsusdur:


“Bu mahnını dostumun qızına həsr etmişəm. Bir müddət öncə dostumun qızı Məryəmlə birgə şəklimi sosial şəbəkədəki səhifəmdə paylaşmışdım. Bir çox xəbər portalları “Ceyhunun övladı ilə birgə şəkilləri yayıldı” başlığı ilə xəbərlər yaydı. Məcbur olub, bu gün açıqlama vermək qərarına gəldim. Bu, mənim yox, dostumun övladıdır. Mənim qızımın adı İradədir. O, hələ balacadır. İnşallah, bir az böyüsün, onun da şəklini sosial şəbəkədə paylaşacağam. Hətta qızıma mahnı da bəstələmək fikrim var. Amma onu da deyim ki, dostumun qızını da öz qızım kimi istəyirəm. Elə bu sevgidən də ilhamlanıb, “Məryəm” adlı bəstəni yazdım. Düşünrəm ki, seviləcək”.

Publika.az Ceyhun Əliyevin ifasında “Məryəm” adlı bəstəni təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm