Rihannanın oxşarı görənləri şoka salır – FOTOLAR
Bizi izləyin

Magazin2

Rihannanın oxşarı görənləri şoka salır – FOTOLAR

Barbadoslu müğənni Rihannanın bənzəri tapılıb.

22 yaşlı tələbə Andel Laranı görənlər ilk baxışda onu Rihanna hesab edirlər.

Andel Lara gələcəkdə bu oxşarlıqdan istifadə edərək özünə karyera qurmaq niyyətindədir:

“Bilirəm ki, Rihannanın oxşarı olmaq üstünlükdür. Bundan istifadə edə bilərəm. Ona bənzədiyimi bilmirdim. Bunu mənə rəfiqələrim dedi”.

Andelin sözlərinə görə, o, getdiyi hər yerdə məşhur sima kimi qarşılanır:

“İnsanların mənimlə şəkil çəkdirmək xahişini yerə salmıram. Gecə klublarına gedərkən üzərimdə böyük diqqət hiss edirəm. Hətta bu səbəbdən, rəfiqlərim mənimlə bir yerdə getmək istəmir. Mağazalarda belə, Rihanna olduğumu düşünüb, aldıqlarımın pulunu götürmək istəmirlər. İstəsəm, hər şeyi havayı ala bilərəm”.

Qeyd edək ki, dünyada məşhurlardan hər hansı birinə bənzədiyi üçün həyatı dəyişən onlarla insan var. Onlardan Hollivud ulduzu Leonardo Di Kaprionun oxşarı model, müğənni Mayli Sayrusun oxşarı isə rəqqas kimi fəaliyyət göstərir.

Publika.az gənc qızın fotolarını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm