Leonardo di Kaprionun meneceri erməni olacaq
Bizi izləyin

Magazin2

Leonardo di Kaprionun meneceri erməni olacaq

Leonardo di Kaprio Rusiya prezidenti Vladimir Putinin rolunda çəkiləcək.

41 yaşlı aktyor bu yaxınlarda verdiyi müsahibədə böyük şəxsiyyətlərin, xüsusilə, Vladimir Putinin rolunda çəkilmək istədiyini söyləmişdi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun arzusu artıq reallaşıb.

Belə ki, "Knights Bridge Entertainment" şirkəti artıq "Putin" adlı bioqrafik filmin çəkilməsinə qərar verib.

Xəbərdə bildirilir ki, Mark Deymon da Rusiya siyasəti haqqında çəkilən filmin prodüseri rolunda çıxış edəcək. Bu ilin yaz aylarında başlanılacaq çəkilişlər Rusiya, Amerika və Avropada baş tutacaq.

Siyasi triller janrında olan filmin premyerasının 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Knights Bridge Entertainment"in prodüseri erməni əsilli Valeri Saaryandır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm