Leonardo Di Kaprio dinini dəyişdi?
Bizi izləyin

Magazin2

Leonardo Di Kaprio dinini dəyişdi?

Hollivud ulduzu, amerikalı aktyor Leonardo Di Kaprionun dinini dəyişdiyi ilə bağlı xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, buna səbəb aktyorun qoluna bağladığı qırmızı kəmər olub.

Qeyd edək ki, həmin qolbağı kabbalaya sitayiş edənlər və buddistlər taxır. Dünya şöhrətli müğənni Madonna, həmçinin Demi Mur, Qvinet Peltrou, Britni Spirs də kabbalaya sitayiş edir.

Bir müddət öncə Roma Papasının qəbulunda olan aktyorun məhz bu görüşdən sonra dinini dəyişməsi birmənalı qarşılanmayıb.

Aktyor isə iddiaları rədd edib. O bildirib ki, bir müddət öncə yaxın dostu, aktyor Lukas Haasa Kambocada baş çəkib. Qolbağ da elə həmin vaxt dostu ilə buddist məbədini ziyarət edən hollivud ulduzuna kahinin hədiyyəsidir. Kahinin qolbağın ona uğur gətirəcəyini deyən Leonardo ümid edir ki, bu hədiyyə ona məhz “Oskar” qazanmaqda yardımçı olacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm