Magazin2
Bu qadına 20 yaşlı qızlar belə paxıllıq edir - FOTO
Cennifer Enistonun 47 yaşı var. Amma onun elastik dərisinə, çevik bədəninə 20 yaşlı qızlar belə paxıllıq edir. Aktrisa uzun illərdir ideal çəkisini saxlamaq üçün müəyyən üsullara əl atır və gözəlik sirlərini hamı ilə bölüşür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cennifer 20 ildən artıqdır ki, yoqa ilə məşğul olur. Yoqa məşqləri aktrisaya bədənini formada saxlamağa kömək edir. Dərslər həftədə 3 dəfə keçirilir və 60 dəqiqədən 90 dəqiqəyədək davam edir. Belə məşqlər gərgin çəkiliş gününün yorğunluğunu çıxarmağa imkan verir, meditasiya isə dincəlməyə kömək edir. Cennifer bildirir ki, yoqa ona həm də ideal çəkidə qalmağa kömək edib, emosional vəziyyətini yaxşılaşdırırır: “Stressdən xilas olmağın yeganə üsulu məşqdir. Əgər yoqa mövcud olmasaydı, onda onu mütləq özüm icad edərdim”.
Dərinin tonusu saxlamaq üçün aktrisa başqa bir ayini yerinə yetirir. O, hər səhər yuxudan duran kimi acqarına bir stəkan limonlu isti su içir və üzünə nəmləndirici krem çəkir. Aktrisa səhər yeməyində smuzi (Smuzi - müxtəlif meyvə, tərəvəz, hətta göyərtidən hazırlanan qatı kokteyldir.) hazırlamağa üstünlük verir. Məsələn, avokado, yumurta və hindqozu yağı, yaxud bananla yulafı qarışdırır. Adətən tərəvəz və zülallı qidalarla nahar edir.
Enistonun sözlərinə görə, o, bəzən hamı kimi kalorili, xüsusi ilə italyan mətbəxindən imtina edə bilmir. Bir neçə kiloqram arıqlamaq istədikdə sağlam pəhrizlər saxlayır və güc tələb edən kardio məşqlər edir.
Ulduzun gözəllik sirləri bundan ibarətdir, fövqəladə heç nə yoxdur. Aktiv həyat tərzi, nikbinlik və öz üzərində işləmək əla nəticələr verir.
Aytən
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...