Məşhur müğənni 1.8 milyon dollarlıq ev aldı
Bizi izləyin

Magazin2

Məşhur müğənni 1.8 milyon dollarlıq ev aldı

Rihanna atasına 1.8 milyon dollarlıq ev alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı məşhur R&b və pop müğənnisi Rihanna “Atalar günü” münasibəti ilə atasına Robert Fentieyə Barbadosda 1.8 milyon dollarlıq malikanə alıb. Qızının hədiyyəsinə çox təsirlənən Robert “Now Magazine” jurnalına övladının çox nəzakətli insan olduğunu deyib: “Adada bir neçə ev bəyənib mənə yolladı. Mən isə evlərin ən bahalısını deyil, ən qapalı bağlı olanını seçdim. Əvvəl yaşadığım yerə gələn-gedən çox idi, hamısı da mənimlə şəkil çəkdirmək istəyirdi. Məhrəm qalmamışdı. Yeni evimdə səssizlik və çoxlu ağaclar olacağı üçün çox xoşbəxtəm.

Rihanna atasının sağlamlığı ilə də yaxından məşğul olur və onun müalicəsinin bütün xərclərini özü ödəyir. Xatırladaq ki, müğənni 4 il əvvəl anası Monika Bratvaite üçün beş otaqlı malikanə almışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm