Qeyri-bərabər nikahlar: Yaşlı və varlı kişilərə ərə gedən gözəllər - FOTOLAR
Bizi izləyin

Magazin2

Qeyri-bərabər nikahlar: Yaşlı və varlı kişilərə ərə gedən gözəllər - FOTOLAR

Cütlüklər arasında böyük yaş fərqi cəmiyyətdə həmişə müzakirələrə səbəb olur. Bəziləri belə nikahların möhkəm və uzunömürlü olduğunu iddia edir, digər qrup isə onların münasibətlərinin əbədi olacağına şübhə ilə yanaşır.

Publika.az bu yazıda yaşca özündən kiçik xanımlarla ailə quran məşhurların siyahını təqdim edib.

Dmitri və Polina Dibrova

Rusiyalı jurnalist, teleaparıcı və musiqiçi Dmitri Dibrov həmişə yaşca özündən gənc qızlarla görüşməyə üstünlük verib. İndiki həyat yoldaşı Polina ilə onun arasında 30 il yaş fərqi var. Dibrov həyat yoldaşı ilə onun 17 yaşında olanda tanış olub. Bu gün Polinanın 28 yaşı var. Cütlüyün bu yaxınlarda bir oğlu dünyaya gəlib. Yeri gəlmişkən qeyd edək ki, uşağın doğulması cütlüyün iştirak etdiyi televiziya layihələrinin birində reallaşıb, doğuşda hətta çəkiliş qrupu da iştirak edib. Onu da qeyd edək ki, Dmitrinin əvvəlki nikahlarından 2 uşağı daha var.

Qordon Aleksandr və Nozanin Əbdülvasiyeva

Daha bir tanınmış teleaparıcı - Aleksandr Qordon da gənc qızla ailə qurub. Bir neçə il əvvəl Qordon öz tələbəsi Ninaya evlilik təklif edərək ictimaiyyəti şoka salmışdı. Cütlük evlənəndə aparıcının 48, qızın isə 18 yaşı var idi. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olan Nina RF kinorejissorlar Gildiyasının idarə heyətinin üzvü, tanınmış rejissor Valeri Əhədovun nəvəsidir.

Aleksandr Qradski və Marina Kotaşenko

Rusiyalı müğənni həyat yoldaşı ilə tanış olanda 54, Marinanın isə 23 yaşı var idi. Onlar arasında 31 il yaş fərqi olmasına baxmayaraq, bu amil onların bir-birinə olan hisslərinə mane olmayıb. Lakin sarışın gözəlçənin müğənninin evlilik təklifini onun var-dövlətinə görə qəbul etdiyi kimi söhbətlər gəzir. 2014-ci ilin sentyabrında Aleksandrın və Marinanın oğlu - Aleksandr anadan olub.

Maykl Duqlas Ketrin Zeta Cons

Sentyabrın 25-də aktyor Maykl Duqlas və aktrisa Ketrin Zeta-Consun doğum günüdür. Onların doğum günü eyni günə təsadüf etsə də, 25 il fərqlə doğulublar. Duqlas Ketrinə dəlicəsinə aşiq olanda 60 yaşı var idi. Aktyor Ketrinə görə, uzun illər evli olduğu həyat yoldaşından boşanıb. Maykl aktrisaya o qədər vurulmuşdu ki, hətta boşanmaq istəməyən həyat yoldaşına rekord məbləğdə pullar güzəştə getməyə razı olur.

Roberto Kavalli və Lina Nilson

Dünya şöhrətli modelyerin adı hər zaman gənc modellərlə hallanıb. Lakin ictimai qınaq Roberto Kavallinin vecinə deyil. 74 yaşlı modelyer artıq 6 ildir ki, 27 yaşlı Lina Nilson adlı modellə görüşür.

Meri-Keyt Olsen və Olivye Sarkozi

Məşhur əkiz bacılardan biri - Meri-Keyt Olsen Fransanın sabiq prezidentinin ögey qardaşı Olivye Sarkozi ilə evlidir. Aralarındakı 17 il yaş və böyük boy fərqi onların heç birini narahat etmir.

Emma Xeminq və Bryus Uillis

Cütlük arasında 23 il yaş fərqi onlara 2 qızı dünyaya gətirməyə mane olmayıb. Aktyorun Demi Murla nikahından daha 3 qızı var.

Vudi Allen və Sun-İ Previn

Dünya şöhrətli rejissor Vudi Allenin ögey qızına vurulması Hollivudun ən səs-küylü qalmaqallardan biri olmuşdu. Böyük qalmaqallara və onlar arasında 35 il yaş fərqinə baxmayaraq, cütlük birlikdə xoşbəxtdir və 2 uşaq tərbiyə edir.

Ronnie Vud və Salli Hamfris

Bu cütlük 2012-ci ildə evlənib. Bu yaxınlarda isə 38 yaşlı Salli Hamfris ilə evli olan “The Rolling Stones" qrupunun gitara ifaçısı Ronnie Vood 68 yaşında yenidən ata olub. Əkiz qızları Vudun beşinci və altıncı uşaqlarıdır. Ronnienin ilk həyat yoldaşından Jesse adında bir oğlu, ikinci arvadından Leah adında bir qızı və Tyrone adında bir oğlu var. Bundan başqa, Ronnienin Jamie adında övladlığa götürdüyü bir oğlu daha var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm