Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev
Bizi izləyin

Magazin2

Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev

2009-cu ildən yaranan Ebru Gündeş - Rza Zərrab sevgisi 2010-cu ildə evliliyə çevrilmişdi. 41 yaşlı Ebru Türkiyə vətəndaşı 34 yaşlı Rza Zərrab ilə ailə həyatı qurmuşdu. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib.

Ebru bu haqda deyib: "4 ildir dözürəm, amma dayanmağa gücüm qalmayıb”.

Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram” deyib.

Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm”.

İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Mayamidəki evi də istəyib.

"60 il davam edəcək” deyilən evlilikdən cütlüyün bir qızı var. (azxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm