Azərbaycanlı neft maqnatının qızı toyunda elə paltar geyindi ki... - - FOTOLAR
Bizi izləyin

Magazin2

Azərbaycanlı neft maqnatının qızı toyunda elə paltar geyindi ki... - - FOTOLAR

Həftəsonu məşhur rus milyonçusu, Cənubi-Ural sənaye şirkətinin" rəhbəri və neft maqnatı Rəşid Sərdarovun qızı Viktoriyanın toyu olub.

Həftəsonu məşhur rus milyonçusu, "Cənubi-Ural sənaye şirkətinin" rəhbəri və neft maqnatı Rəşid Sərdarovun qızı Viktoriyanın toyu olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamının 25 yaşlı qızı Viktoriya Hollivud ulduzları çəkən fotoqraf Pavel Antonovun oğlu Antona ərə gedib.

Toy Praqada Jofin sarayında baş tutub. Saray “Drakula” qəsri şəklində dekorasiya edilib. Bundan başqa hər tərəf qırmızı qızılgüllərlə, qara krujeva və kəllə bəzəkləri ilə bəzədilib.

Gələn qonaqlara dress-kod qoyulsa və qara, qırmızı paltar geyinmək tapşırılsa da, gəlinin anası yaşıl donu ilə təəccüblədnirib. O, “Oscar de la Renta” moda evindən ziyafət libası seçib, obrazını zümrüd qaşlı zinət əşyalarla tamamlayıb. Ən çox diqqət çəkən məqam isə gəlinin dərin sinə dekoltesi olub.

Cütlüyün toyunda Rusiyanın iş və sənət dünyasının tanınmışları, eləcə də azərbaycanlı biznes-ledi Aysel Trudel də qatılıb.

Qeyd edək ki, 100 milyon dollarlıq sərvətlə Rəşid Sərdarov Rusiyanın 500 ən varlı adamı siyahısındadır.

Məlumat üçün bildirək ki, R.Sərdarov 1983-85-ci illərdə Bakıda Geofizika Elmi-Tədqiqat İnstitutunda rəhbər vəzifədə çalışıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm