Ekranların Janna D'Arkı dünyasını dəyişdi
Bizi izləyin

Magazin2

Ekranların Janna D'Arkı dünyasını dəyişdi

Fransız aktrisası və model Mirey Dark 80 yaşında dünyasını dəyişib.

Publika.az bildirir ki, bu xəbəri mərhum akrtisanın ailəsi yayıb. 2016-cı ildə Mireyin sağlamlığında ciddi problem yaranır. Aktrisanın həyat yoldaşı Paskal Despre onun öləcəyindən qorxuya düşsə də Mirey xəstəliyə qalib gəlir. Bu hadisədən bir il sonra isə Darkın qəlbi əbədi susur.

Xatırladaq ki, sevimli fransız aktrisasının əsl adı Mirey Eqroz olub. Dark təxəllüsünü isə Janna D'Arkın şərəfinə götürüb. Akrtisa 1970-ci illərin gözəllik rəmzi sayılıb. Onu çox vaxt Bricit Bordo ilə müqaisə edirdilər. Bundan əlavə Alen Delonla uzun müddətli eşq macərası yaşayan Madam Dark ondan ayrılandan sonra da əfsanəvi aktyorla yaxın münasibətlərini qoruyub saxlaya bilib. “Qara çəkməli hündürboy sarışın”, “Hündürboy sarışının dönüşü” filmləri bu cütlüyı dünya məşhurluğu qazandırıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm