• USD 1,7000 0,00% EUR 1,9343 -0,03%
    • GBP 2,1630 +0,05% RUB 0,0254 +0,39%

Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı FƏRQLİ GƏLİNLKDƏ - FOTO/VİDEO

  • Magazin2
  • 18 Sentyabr 2017 18:27
  • 1 020 Baxış
Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı FƏRQLİ GƏLİNLKDƏ - FOTO/VİDEO

TV 8 kanalının direktoru və aparıcı Acun Ilıcalı ilə ailə quran Şeyma Subaşı ilk gəlinlik libaslarının şəkillərini instaqramda paylaşıb.

Publika.az xəbər verir ki, cütlük dünən xüsusi təyyarə ilə Fransanın Sen Trope şəhərinə gedib. Qonaqlar isə məşhur aparıcının Türkiyə Hava Yollarından xüsusi kirayələdiyi təyyarəsi ilə Fransanın Nitsa şəhərinə uçub. Kot Dazur Hava Limanında onları gözləyən xüsusi vertolyot cütlük və şahidlərini Marselə aparacaq. Oradakı türk səfirliyində Esat Yontunç və Kübra Subaşının şahidliyilə rəsmi nikah baş tutacaq. Heyət eyni vertolyotla Fransanın kurort şəhəri Sen Tropeyə gedəcək və “Byblos” adlı lüks hotelə yerləşəcək.

Toy sabah “Bagatelle” adlı klubda, açıq havada baş tutacaq və saat 00.00-a qədər davam edəcək.

Acun Ilıcalıdan 20 yaş kiçik olan S.Subaşı toyla bağlı təəssüratlarını instaqramda paylaşıb:

“Adətən toydan sonra bütün komandaya təşəkkür edirlər. Amma mən ilk növbədə iki mükkəmməl insana təşəkkür etmək istəyirəm. İstedadları yalnız Türkiyədə deyil, çox qısa müddətdə dünyada da səs salacaq iki dostum saçımdan, ayaqqabımdan, aksessuarlardan tutmuş gəlinlik paltarıma qədər hər şeyimi hazırladılar. Özümü rahatlıqla təslim etdiyim Eda Franci və Səda Yenigünə sonsuz təşəkkülərimi bildirirəm”.

Qeyd edək ki, S.Subaşı toyunda bir neçə gəlinlik dəyişəcək.

Xatırladaq ki, aparıcı və prodüser iki dəfə rəsmi nikahda olub. Onun ilk nikahından bir, ikinci nikahından 2 qızı var. Əvvəllər model kimi fəaliyyət göstərən Şeyma Subaşı ilə olan qeyri-rəsmi nikahından isə daha bir qızı dünyaya gəlib. Cütlük arasında 20 il yaş fərqi var.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>