Dərin yarığı modeli pis vəziyyətə SALDI - FOTO
Bizi izləyin

Magazin2

Dərin yarığı modeli pis vəziyyətə SALDI - FOTO

Dünya şöhrətli model Kendall Jenner 8,5 milyon dollarlıq yeni malikanə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kendall Jenner dünən Nyu-Yorkda tədbirə qatılıb.

O, dərin yarıqlı metalik libası ilə bütün baxışları üzərinə toplamağı bacarıb. Lakin paltarın yarığı 21 yaşlı gözəli çətin vəziyyətə qoyub. Model alt paltarının görünməməsi və paparatsilərə yaxalanmamaq üçün ətəyini əli ilə tutub.

Kendalın gecə üçün seçdiyi, "Luisaviaroma" moda evindən olan gümüşü libasının dəyəri 2654 avrodur. O, obrazını eyni rəngli bosonojka və "Louis Vuitton"dan olan klatçla tamamlayıb.

“Forbes”in məlumatına görə 2016-ci ildə 17 milyon dollar qazanan amerikalı model şou dünyasının məşhurlarının yaşadığı Beverli Hillzdə 8,5 milyon dollarlıq möhtəşəm malikanənin sahibi olub.

1991-ci ildə inşa edilən malikanədə 5 yataq otağı, 6 vanna, bir kino zalı, üzgüçülük hovuzu, spa mərkəzi, tennis kortu və xüsusi oyun sahəsi var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm