Magazin2
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Aktyor Burak Özçivit reklamdan 2,5 milyon lirə (təxminən 1 milyion 250 min manat) qazanacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Yaxın Şərqin geyim markasının reklam üzü olacaq. Ərəb ölkələrində də sevilən kino ulduzu birillik müqavilə qarşılığında iki reklamda çəkiləcək və 2,5 milyon lirə qazanacaq.
Məlumat üçün bildirək ki, B.Özçivit keçən il Yaxın Şərqdə reklam çəkilişlərindən 5 milyon TL (təxminən 2,5 milyon manat) qazanıb. O, bu yaxınlarda çəkiliş üçün Dubaya səfər edəcək.
Qeyd edək ki, noyabrın 30-da aktyorun baş rolda oynadığı və rejissoruluğunu etdiyi “Kardeşim benim 2” filminin Bakıda təqdimat mərasimi baş tutacaq. Aktyorla birgə IMAX zalında bilet - 70 AZN, adi zal – 50 AZN, adi zal, iki nəfərlik oturacaq - 110 AZN-dir. Burak Özçivit başda olmaqla aktyorları daha yaxından görmək üçün tamaşaçılar 400 manat ödəməlidir. Onlar aktyorların oturduğu sıradan yuxarıda yer alacaqlar.
Eyni zamanda, aktyorlarla IMAX zalı və kokteyl partiyə giriş 200 AZN-dir.
Aytən
-
Hadisə21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq