Magazin2
Müğənni İlyas Yalçıntaşa 2 ilə qədər həbs tələbi
Türkiyəli müğənni İlyas Yalçıntaş əcnəbi qadını təhqir etdiyi iddiası ilə hakim qarşısına çıxıb. Prokurorluq Yalçıntaşın 2 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.
Publika.az xəbər verir ki, 2024-cü ilin yanvarında İstanbulun Sarıyer şəhərində Yalçıntaşın İran vətəndaşı Mahsa H.-ya mesajlaşma proqramı vasitəsilə təhqiramiz mesajlar göndərdiyi iddiası ilə məhkəməsi başlayıb.
Məhkəmədə şikayətçinin vəkili müvəkkilinin müğənni tərəfindən cinsi istismara, təhqirə məruz qaldığını hətta bu hadislərə görə, 2 il müddətinə Türkiyəyə girişinə qadağa qoyulduğunu iddia edib.
Həmçinin müğənni qadına təhqiramiz mesajlar, səs yazıları göndərməklə də ittiham olunub.
Yalçıntaş sözügedən hadisələrin həqiqəti əks etdirmədiyini bildirərək, vəkilin iddialarını təkzib edib.
Məhkəmə şikayətçinin vəkillərinin iddiaları ilə bağlı ayrıca araşdırma aparıldığını və cinayət məsuliyyətinə cəlb edilməməsi barədə qərar qəbul edildiyini bildirib. Məsələ ilə bağlı hər hansı tədbir görülməsinə ehtiyac olmadığı qeyd edilərək məhkəmə təxirə salınıb.
Roza
-
Magazin122:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək












.jpg)























