Esra Erolun proqramında XƏYANƏT ŞOKU: “Təəssüflər olsun!”
Bizi izləyin

Magazin2

Esra Erolun proqramında XƏYANƏT ŞOKU: “Təəssüflər olsun!”

Esra Erolun proqramında studiya şefi, eyni zamanda Seda Sayanın qardaşı qızı Əda Gök bu layihədə orkestrin dirijoru vəzifəsini icra edən Əmrah Albayrakdan ayrılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 ildir Esra Erolun proqramında çalışan Əmrah Albayrakın keçmiş solistlərindən və yaxın ailə dostları olan Burcu Senem Ünsal ilə sevgili olduğu üzə çıxıb.

Göz yaşları içində efirə çıxan Esra Erol Əmrah Albayrakın çirkin xəyanəti haqqında bunları deyib: "Bunun bizim ailəmizdə baş verməsi hamımızda şok təsiri yaratdı. Sənə nə deyə bilərəm ki, Əmrah, təəssüflər olsun".

7 il əvvəl Esra Erolun proqramında tanış olan Eda Gök və Əmrah Albayrakın Ariya adında qızları var.

Eda Gök evli və iki uşaq sahibi olan Burcu Senem Ünsalı zinadan məhkəməyə verib və haqqında bunları deyib: "Eyni masada yemək yedik, evimə girib-çıxan, iş yoldaşımız və güvəndiyim biri idi. Əmrah Albayrak ilə 7 ildir davam edən evlilik həyatımızı təəssüf ki, bu gün üçüncü adam səbəbiylə bitirdik. Həkim Murad Ünsal ilə evli və iki uşaq anası olan Burcu Sinəm Ünsal həm çox yaxın dostum, həm də ailəvi görüşdüyümüz biri idi. Birlikdə tətilə çıxdığımız, hətta evimdə dəfələrlə qəbul etdiyim bu adam və Əmrah Albayrak tərəfindən xəyanətə məruz qalmaq qadınlıq qürurumu artıqlaması ilə incidib. Uzun müddətdir davam edən bu xəyanət ailəmin dağılmasına və qadınlıq qürurumun ayaqlar altına atılmasına səbəb olub.

Əxlaqım, ailə tərbiyəm, ağlımın qəbul etmədiyi bu hadisə ailəmin dağıdılmasına səbəb oldu və məni dərindən sarsıtdı. Lakin istərdim ki, sevgi və fədakarlıqla 7 ildir davam etdirdiyim ailəm davam etsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm