Hadisə səhnədən qadınlara səsləndi: “Özünüzü...” - FOTO
Bizi izləyin

Magazin2

Hadisə səhnədən qadınlara səsləndi: “Özünüzü...” - FOTO

Antalyada 20 min tamaşaçı qarşısında konsert proqramı ilə çıxış edən Hadisə səhnədən qadınlara səslənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən müğənni Hadisənin Likya Kaş Mədəniyyət və Sənət Festivalı çərçivəsində konserti baş tutub. Dörd rəqqasla səhnəyə çıxan Hadisənin rəqsləri rəğbət toplayıb. Müğənni səhnəyə bacısı Derya Açıkgözün xüsusi olaraq onun üçün hazırladığı libasda çıxış edib. Antalyada səhnəyə çıxan Hadisə mahnıları və seksual rəqsiylə pərəstişkarlarını coşdurub. Təxminən 1,5 saat hit mahnılarını səsləndirən Hadisə tamaşaçılarına unudulmaz musiqi gecəsi yaşadıb.

Hadisə konsertində qadın pərəstişkarlarına məsləhət də verib:

"Qadınlara və cavan qızlara müraciət edirəm. Heç vaxt xəyallarınızdan əl çəkməyin. Oxuyun. Diplomunuzu alın. Özünüzə sahib çıxın. Heç kimə görə özünüzü əzdirməyin, həyatın dadını çıxarın. Qadınlar güclüdür. Sizi gözü götürməyən rəqibləriniz olacaq. Mənə anam həmişə “Qızım, sən sus, sus. Çünki sən özünü tanıyırsan. Susmağı öyrən, haradan gəldiyini unutma. Necə tərbiyə aldığını unutma. Qoy insanlar danışsın, sənə söz atsın, amma sən sus. Sən işini gör” deyərdi. Mən bu günə qədər anamdan dolayı tərbiyəmi heç vaxt pozmamışam. Qadına şiddətə yox deyirik. Heyvanlara qarşı zorakılığı şiddətlə qınayırıq. Əsgərlərimizə edilən zorakılıq da dayandırılmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm