Dünyanın danışdığı toydan MÖHTƏŞƏM KADRLAR – Bəy göz yaşlarını saxlaya bilmədi - VİDEO
Bizi izləyin

Magazin2

Dünyanın danışdığı toydan MÖHTƏŞƏM KADRLAR – Bəy göz yaşlarını saxlaya bilmədi - VİDEO

36 yaşlı aktrisa Priyanka Çopra ilə 25 yaşlı aktyor Nik Consonun toyu bir neçə gündür ki, gündəmdən düşmək bilmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşhur cütlüyün Hindistan adət və ənənələrinə uyğun olaraq toyu baş tutmuşdu. Şənbə günü isə ulduzların xristianların ənənələrinə uyğun toyu keçirilib. Birinci toyda rəngbərəng sari geyinən hind gözəli ikinci mərasimdə daha sadə gəlinliyə üstünlük verib. Yeri gəlmişkən, onun gəlinliyi “Raplh Lauren” moda evinə aiddir. Gəlinin seçiminə yalnız həsəd aparmaq olar. Onun gəlinliyini 23 metrlik duvağı bəzəyib. Tül və tordan olan paltarın hazırlanması üçün təxminən iki min saat sərf olunub. Amma bu da ən maraqlısı deyil! Gəlinliyin ön hissəsi sədəf zinət əşyaları ilə bəzədilib. Onların ümumi dəyəri düz iki milyon dollar təşkil edir!

Gəlinliyin hekayəsi də çox romantikdir, belə ki, Nikin xahişi ilə onun smokinqə “Ralph Lauren” atelyesində bir parça tül tikilib.

Toy təsirli kadrlarla yadda qalıb. Mehrabda gəlini gözləyən romantik bəy göz yaşlarını gizlədə bilməyib.

Ənənəvi hind toyu üçün qırmızı rəngli milli gəlinlik geyinən Çopra bildirib ki, bu, onun çoxdankı arzusu olub:

“Həmişə bilirdim ki, toya ənənəvi qırmızı paltar geyinmək istəyirəm, amma dizaynerin əlavə etdiyi qərb mədəniyyəti ilə bu ziddiyyət mənim kim olduğumun ideal təcəssümü oldu”, - deyə Priyanka əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm