54 yaşlı Monika Belluççi fransız gənclə bu vəziyyətdə görüntüləndi – FOTO
Bizi izləyin

Magazin2

54 yaşlı Monika Belluççi fransız gənclə bu vəziyyətdə görüntüləndi – FOTO

54 yaşlı Monika Belluççi ilk dəfə gənc sevgilisi ilə birlikdə görüntülənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Monika Belluççi bu yaxınlarda verdiyi müsahibələrin birində həyatında biri olduğunu etiraf edib. O, bildirib ki, uzun müddətdir romantik münasibətlərdə olduğu biri var, amma kino ulduzunun sevgilisinin kimliyi hər kəs üçün sirr olaraq qalmışdı. Bu günlərdə Qərb mətbuatında aktrisanın 36 yaşlı rəssam Nikolas Lefevr görüşdüyü nəhayət ki, məlum olub.

Yeni ulduz cütlük dünən axşam Parisədə romantik gəzinti zamanı paparatsilərin obyektivlərinə düşüb. Onların şəkilləri ilk dəfə fransız tabloidi “Voici”də nəşr olunub. Kadrlarda Monika və Nikolas əl-ələ tuturaq mehribancasına öpüşür və özlərini aşiq cütlük kimi aparır.

Rəssam barədə hələ ki, ətraflı məlumat yoxdur. Sadəcə məlumdur ki, o, Parisdə yaşayır və emalatxanda işləyir. Onun əvvəlki münasibətlərindən altı yaşında bir qızı var. Nikolas yaradıcılığa güclü sarsıntıdan sonra - 2009-ci ildə anasının ölümündən başlayıb. Hazırda Lefev Afrika, Okean və Amazon rəsm sənəti üzrə mütəxəssisdir.

Xatırladaq ki, Belluççi bu yaxınlarda jurnalistlərlə söhbətində tamam başqa işlə məşğuldur, amma onun kimi çox səyahət edir.

“Mən uzun müddətdir bir kişi ilə görüşürəm, bizdə də hər şey yaxşıdır. O, tamam başqa işlə məşğuldur, amma tez-tez dünyanı gəzməli olur. Məhz buna görə də, o, məni və həyat tərzimi əla başa düşür. Mən çox xoşbəxtəm” , - deyə Belluççi etiraf edib.

Xarici KİV-in yazdığına görə, Nikolas və Monika ötən yay tanış olub və bir müddət sonra görüşməyə başlayıb. Bu, Monikanın keçmiş həyat yoldaşı Vensan Kassel ilə yollarını ayırdıqdan sonra ilk ciddi münasibətidir. Aktrisanın aktyordan 2 qızı dünyaya gəlib.

Yeri gəlmişkən, 52 yaşlı Kassel aktrisadan boşandıqdan sonra da o, öz xoşbəxtliyini başqa qadında tapıb. O, 21 yaşlı model sevgilisi Tina Kunaki ilə evlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm