Cem Yılmaz keçmiş həyat yoldaşından danışdı: “Bir uşağa baxa bilmədik”
Bizi izləyin

Magazin2

Cem Yılmaz keçmiş həyat yoldaşından danışdı: “Bir uşağa baxa bilmədik”

Yumor ustası Cem Yılmaz ailəsinin dağılmasını həyatının ən böyük uğursuzluğu adlandırıb.

Publika.az xəbər verir ki, məşhur aktyor “Strange Magazine” jurnalının may nömrəsinə müsahibə verib:

“Uğur başımda gerçək həyatdan uzaqlaşdıran mövhum kimi kodlaşıb. Uğur “yolun tamamlandığı” hissini verir. Məsələn, uğur qrafiki həmişə yuxarı qalxan bir xətt kimi göstərilib və bu, çox zəhərli vəziyyətdir.

Ailəm dağıldı. Keçmiş həyat yoldaşımla bu barədə danışdıq. Bəlkə özü də eynisini hiss edir. Boşanma məndə uğursuzluq hissi oyandırdı. Bəlkə də hər kəsdə belədir. Dostum da boşananda bənzər hisslər keçirmişdi. Bu uğursuzluq sənə “Həyatda nələri bacardım, amma bunu bacarmadım” dedirdir. Ər-arvad bir uşağa baxa bilmədik”.

Cem Yılmaz daha sonra uşaqlıqda musiqçi olmaq istədiyini, ancaq bunu bacarmadığını etiraf edib.

Qeyd edək ki, Cem Yılmaz yay aylarında sevgilisi Defne Samyeli ilə evlənməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm