Fazil Say üsyan etdi
Bizi izləyin

Magazin2

Fazil Say üsyan etdi

Dünya şöhrətli pianoçu Fazil Say Türkiyə ictimaiyyətinə üsyanını bildirib.

Publika.az xəbər verir ki, məşhur pianoçu turizm bölgələrində insanları narahat edən musiqilərə etiraz edib: “Ege terapiyadır, evimizdir. Hamımız üçün tarixin başlanğıcıdır. Amma artıq inqilab zamanıdır. Niyə getdiyimiz məkanlarda yüksək səslə dinlənilən musiqinin səsini azaltmaqlarını xahiş edirik? Çünki insanlar birgə söhbətləşmək, dincəlmək, qəhvə içmək istəyirlər. Fərqi yoxdur, sən bu musiqini sevirsən, ya yox… İnsan musiqini dinləmək istədiyi zaman dinləməlidir. İstəmədiyi zaman isə musiqi əsəbi zədələyən gurultuya çevrilir. Sanki belə olmalıymış kimi musiqiyə sonunadək səs vermək olmaz. Bura hətta klassik musiqi də daxildir Nə olsun ki, keyfiyyətlidir, insanlar həmin məqamda musiqi dinləmək istəmirlər axı… Gəlin, hərəkətə keçək. Səs kirliliyinə qarşı üsyan edək."

Sənətçinin sözlərindən sonra bir sıra istirahət məkanlarında gecələr musiqi səslənməs qadağan olunub.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm