Evli vəkillə görüntüləri yayılan məşhur aparıcı İSTEFA VERDİ
Bizi izləyin

Magazin2

Evli vəkillə görüntüləri yayılan məşhur aparıcı İSTEFA VERDİ

Adı bir müddətdir boşanmaqda olan vəkil Şafak Mahmutyazıcıoğlu ilə hallanan aparıcı Ece Erken canlı yayımda istefa xəbərini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı səhvini etiraf edib:

"Həqiqətin ortaya çıxacağını bilirəm. Sözü heç vaxt uzatmayacağam. İstefa vermək tələb olunmadı. Həqiqətən tətilə ehtiyacım var, yorulmuşam. Çünki mübarizənin içində deyildim. Mübarizədə nəyisə pozmağa çalışan üçüncü tərəflər var. Mən heç vaxt üçüncü tərəf olmamışam. Şafak bəy lazımi izahatı verdikdən sonra mənə söz düşməz. Hamınıza təşəkkür edirəm. Bir daha xüsusi vurğulayıram. İstefa tələb olunmayıb, amma psixologiyam işə davam etməyə imkan vermir.

Bir şey yaşadıq, yaşayırıq. Bir bədəli varsa, onu ödəməyə hazıram. Bunu ölkə gündəminə çevirmək, kimisə pis uşaq anası, pis qadın elan etməyin kimə fayda qazandıracağını bilmirəm, amma günahımı etiraf etmək məcburiyyətindəyəm. Təəssüflənmirəm, arxasındayam. Heç bir problem yoxdur. Axı bu, ürək işidir. Bu, Tanrıdan gəlir və qarşı çıxmaq şansım yoxdur. Kimi nə maraqlandırır? Vəziyyət barədə daha çox danışmaq istəmirəm.

Mənim də övladım var, onun zərər görməsini istəmirəm. Niyə bu məsələ bu qədər uzandı? Kimsə hər gün sosial mediada bir şey paylaşır. Şəkillər köhnədir, yeni görüntü deyil. Düzünü desəm, bu görüntülərə gülüb keçirəm. Mübahisədən sonra baş verən uşaqsayağı aqressiyadır. Bəlkə də maşın mənimdir! Hər kəs bir şey yazır. Yenə deyirəm, çox üzr istəyirəm Heç kimə ziyan dəyməsini istəmirəm, kədərlənmək istəmirəm. İnsanın idarə edə bilmədiyi bir şey ürəyidir. Mən də bunun arxasındayam. Çox təəssüf edirəm. Kaş ki, bu olmayaydı, amma... Bir anlıq əsəb idi, keçdi-getdi”.

Xatırladaq ki, Türkiyənin məşhur aparıcısı Ece Erken sevgilisi Şafak Mahmutyazıcıoğlunun xanımı Benan Mahmutyazıcıoğlunun evinə hücum edib, onun şəxsi avtomobillərinin güzgülərini sındırıb.

B. Mahmutyazıcıoğlu təhlükəsizlik kameralarında əks olunan görüntüləri sosial şəbəkədə yayıb, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə E. Erken barədə uzaqlaşdırma qərarı çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm