Məşhur müğənni ilk dəfə danışdı: “Həyat yoldaşımı çox çirkin şəkildə incitdim”
Bizi izləyin

Magazin2

Məşhur müğənni ilk dəfə danışdı: “Həyat yoldaşımı çox çirkin şəkildə incitdim”

59 yaşlı müğənni Qriqoriy ilk dəfə sevdiyi qadından ayrılma səbəblərinə toxunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin 2021-ci ilin dekabrında 20 illik həyat yoldaşı Anna Şaplıkovadan rəsmi şəkildə ayrılması hər kəsi şoka saldı. Boşanma sakit keçdi, həyat yoldaşlarından heç biri məhkəməyə gəlmədi. Qriqori Annaya qarşı heç bir şikayətinin olmadığını bildirən sənədə imza atdı və onun bütün tələbləri ilə razılaşdı.

İnternet istifadəçilərinin və jurnalistlərin fərziyyələrinə görə, xəyanət və alkoqolla bağlı problemlər cütlüyün münasibətlərinin pozulmasına səbəb olub.

“Antenna-Telesem” nəşri Qriqori ilə müsahibəsində ona ayrılıqla bağlı bir çox suallar verib. Musiqiçinin sözlərinə görə, onlar Anna ilə yaxşı münasibəti saxlaya biliblər: “Həyat yoldaşıma mənimlə keçirdiyi və birlikdə keçirəcəyimiz ən gözəl illərə görə minnətdaram. Mən həmişə ailəmə kömək edəcəyəm, uşaqlarımı böyüdəcəm və onların qayğısına qalacağam”.

Leps hesab edir ki, hər hansı kişi, hətta ayrılıqdan sonra, bu cür öhdəlikləri öz üzərinə götürməlidir. Ulduz baş verənlərdən günahkar olduğunu inkar etmək niyyətində deyil və etiraf edib ki, həqiqətən çox peşmandır.

“Bir neçə onilliklər ərzində mənə sədaqətlə qulluq edən həyat yoldaşımı çox çirkin şəkildə incitdim. Biz baş verənlərdən dünya bestselleri hazırlamırıq. Buradakı məqam şəxsidir, ona görə də cavab vermək mənim üçün çətindir. Bəli, Anna ilə mən ideal ailə idik, heç olmasa kənardan belə görünə bilər... Bircə onu deyə bilərəm ki, baş verənlərin hamısında, boşanmamızda günahkar yalnız bir nəfərdir. Və bu, mənəm. Başqa heç bir günahkar yoxdur.

Bəziləri elə bilir ki, tənhalıq da toy-bayramdır. Hərdən mən də belə deyirəm. Bu, bir tərəfdən yaxşıdır, amma digər tərəfdən, mən hər zaman tənha insan ola bilmərəm. Ətrafımda dostlar, həmkarlar, musiqiçilər var” , - ulduz bildirib.

Leps yekunda jurnalistin “bəs sevdiyin qadın varmı?-sualına “Allah istəsə, olacaq” cavabını verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm