Ölüm ayağında olan əfsanə ilə belə vidalaşdılar: Təsirli VİDEO - VİDEO
Bizi izləyin

İdman

Ölüm ayağında olan əfsanə ilə belə vidalaşdılar: Təsirli VİDEO - VİDEO

B Seriyasının 37-ci turunda "Sampdoriya" "Rejjiana"nı minimal hesabla məğlub edib - 1:0. Andrea Pirlonun komandası yüksək diviziona vəsiqə uğrunda pley-off oyunlarında mübarizə aparacaq. Ancaq Genua komandasının bu qələbəsini kölgədə qoyan hadisə yaşanıb.

Publika.az xəbər verir ki, matçda xüsusi qonaq vardı. Söhbət 1992-1997-ci illərdə "Sampdoriya"nı çalışdırmış Sven-Qoran Erikssondan gedir. 1993/94 mövsümündə isveçli komandası ilə birlikdə İtaliya kubokunun qalibi olub.

Bu ilin yanvarında 76 yaşlı mütəxəssisə terminal xərçəng diaqnozu qoyulub. “Mən bilirəm ki, ən yaxşı halda mənim təxminən bir ilim, ən pis halda isə daha az vaxtım var”, - deyə o bildirib.

"Sampdoriya" əfsanəvi məşqçini çətin günlərində tək qoymamağa çalışıb. Bu məqsədlə isveçli mütəxəssis "Rejjiana" ilə oyuna dəvət edilib. Matçdan əvvəl isveçli azarkeşlər və vaxtilə Erikssonun çalışdırdığı "Sampdoriya"nın keçmiş futbolçuları tərəfindən hərarətlə qarşılanıb. Görüş olduqca təsirli alınıb. Ancaq Sven-Qoran yaşananlardan məmnun qalıb: “Oyundan əvvəl çox gözəl idi, mən ağladım. Bu xatirələri ömrümün sonuna qədər özümlə daşıyacağam”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm