Bu ölkənin prezidenti aktrisa sevgilisindən AYRILDI - FOTO
Bizi izləyin

Magazin2

Bu ölkənin prezidenti aktrisa sevgilisindən AYRILDI - FOTO

Argentina Prezidenti Xavyer Miley aktrisa Fatima Flores ilə münasibətlərinin bitdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, siyasətçi sosial şəbəkədə qərarın qarşılıqlı olduğunu və iş qrafiklərindəki uyğunsuzluqla əlaqədar olduğunu bildirib.

O qeyd edib ki, vəzifəsindən asılı olaraq, fasiləsiz çalışır və daim yolda olur.

Prezident əmin edib ki, keçmiş sevgililər bir-birlərinə sevgi və hörmət bəslədikləri, ümumiyyətlə bir-birlərinə pərəstiş etdikləri üçün dostluq münasibətlərini davam etdirmək niyyətindədirlər.

Xatırladaq ki, 53 yaşlı Mayli ilə 43 yaşlı Floresin romantikası 2023-cü ilin yayında, siyasətçinin seçkilərə qatılmağa hazırlaşdığı vaxt başlayıb - cütlük televiziya verilişində tanış olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm