Magazin2
Azərbaycan "Avroviziya"nın Rusiya variantında iştirak edəcək
![](https://publika.az/storage/2024/06/09/mugenni.jpg?v1720388391)
Azərbaycan "İntervision" beynəlxalq musiqi müsabiqəsində iştirak edəcək.
Publika.az axsam.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rus mediasına müsahibəsində təsdiqləyib.
O qeyd edib ki, 16-dan çox ölkə "Avroviziya"nın Rusiya ekvivalentində iştirak edəcək.
"Artıq aydındır ki, "İntervision"a böyük maraq var. Bura Latın Amerikası, Mərkəzi Asiya, MDB ölkələri daxildir və bildiyimə görə, ayrı-ayrı Avropa dövlətləri, həmçinin, Çin, Belarus, Azərbaycan, Qazaxıstan, Kuba və Braziliyadan müsabiqədə iştiraklarını təsdiqləyiblər" deyə, o, açıqlayıb.
Daha əvvəl MDB (Müstəqil Dövlətlər Birliyi), BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin "İntervision" beynəlxalq musiqi müsabiqəsində iştirak etmək üçün dəvət aldığı bildirilib. Bundan əlavə, bir sıra Latın Amerikası ölkələri də müsabiqəyə dəvət olunub.
Müsabiqəyə ilkin baxış 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində keçiriləcək.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman01:21
Türkiyə millisi AVRO-2024-də görün nə qədər QAZANDI
-
Maraq dünyası00:30
Anasından gizlin nişanlanan, bütün dünyanı valeh edən kor qız - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: biri sizə xoşagəlməz sürpriz edəcək
-
Sosial7 İyul 23:48
İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO
-
MDB7 İyul 22:12
DƏHŞƏTLİ OLAY: ata oğlunun göbəyinə spirt töküb OD VURDU
-
İdman7 İyul 22:00
İngiltərə millisinin baş məşqçi postuna NAMİZƏD O OLDU
-
Magazin17 İyul 21:36
Elgizin səhhətində problem yarandı
-
Magazin17 İyul 21:00
Əməkdar artist Cıdır düzündə poza verdi - FOTO