Məşhur xanım yazıçı və oğlu ABŞ-da saxlanıldı: ekstradisiya ediləcək - FOTO
Bizi izləyin

Magazin2

Məşhur xanım yazıçı və oğlu ABŞ-da saxlanıldı: ekstradisiya ediləcək - FOTO

İstanbulda bir nəfərin ölümü ilə nəticələnən yol qəzasından sonra ABŞ-a qaçan 17 yaşlı sürücü T.C və yazıçı anası Eylem Tok dünən Bostonda həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından açıqlama verib. O, bildirib ki, məhkəmə 18 iyun tarixində keçiriləcək.

"Biz bu prosesi yaxından izləyəcək və şübhəlilərin ABŞ-dan ölkəmizə ekstradisiya edilməsi üçün lazımi səylərimizi davam etdirəcəyik", - nazir qeyd edib.

“Haberler.com”-un baş redaktoru hüquqşünas Bedia Teymurun açıqlamalarına görə, Tok qəza yerində cib telefonlarını götürərək yaralıların yardım çağırışlarının qarşısını alıb. Nəticədə 1 yaralı həyatını itirib. Bu da qəsdən ölümə cəhd cinayəti sayılır.

"Cinayətkarın lehinə olmaq 5237 saylı Türkiyə Cəza Qanununun 283-cü maddəsində tənzimlənən bir cinayət tərifidir. Cinayət törədən şəxsə istintaqdan, tutulmadan, həbsdən və ya cəzanın icrasından qaçmaq imkanı verən hər kəs 6 aydan 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - Teymur bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm