Demet Akalın sirrini açdı: Pəhrizlə arıqlaya bilmədim, buna görə də...
Bizi izləyin

Magazin2

Demet Akalın sirrini açdı: Pəhrizlə arıqlaya bilmədim, buna görə də...

Türkiyəli məşhur müğənni Demet Akalın arıqlayaraq əvvəlki fit görünüşünə qayıtdığının sevincini paylaşıb.

Publika.az xəbər verir ki, müğənni bu baradə qonaq olduğu verilişdə danışıb.

“Pəhriz saxlamağa çalışdım və arıqlaya bilmədim. Özümü çox pis hiss edirdim. Bu ailəmdə də özünü biruzə verirdi. Əməliyyat olunaraq artıq piylərə əlvida dedim. Hazırda özümü xoşbəxt hiss edirəm".

12 il əvvəl çimərlik geyimi brendinin siması olduğu xatırlanan Demet Akalın "Təklifi yenidən qəbul edərdinizmi?" sualına "Məncə, çox gözəl olardı" cavabını verib.

Demet Akalın sənət aləmində küsülü olduğu məşhurlardan danışarkən “Darıxdığın insanlar varmı?” sualına belə cavab verib: “Var! İncimişəm, amma Seda abla üçün çox darıxıram".

Müğənni qızı Hiranın onun işləməsini istəmədiyini də açıqlayıb: “Hira istəmir ki, mən çox çalışım və daim harasa gedim ”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm