Məşhur müğənni etiraf etdi: 16 yaşında cinsi istismara məruz qalıb
Bizi izləyin

Magazin2

Məşhur müğənni etiraf etdi: 16 yaşında cinsi istismara məruz qalıb

Məşhur Amerikalı müğənni, aktrisa və model Paris Hilton illər sonra verdiyi açıqlamalarla gündəmdən düşmür.

Publika.az xəbər verir ki, “Hilton Hotels”in yaradıcısının nəvəsi hələ 16 yaşında cinsi istismara məruz qaldığını bildirib.

Paris Hilton deyib ki, 16 yaşında ikən qaldığı rezidensiya mərkəzinin əməkdaşları tərəfindən zorla narkotik və cinsi istismara məruz qalıb.

“The Hill” qəzetinin məlumatına görə, Hilton Nümayəndələr Palatasında keçirilən “Uşaqların rifahının gücləndirilməsi və Amerikanın uşaqlarının qorunması” adlı sessiyada çıxış edərkən cəsarətli açıqlamalar verib. Hilton uşaq və gənclərin müalicə mərkəzlərinə yerləşdirilməsinin gətirdiyi zərərə şəxsi təcrübəsindən yaxşı bələd olduğunu deyib.

"İşçilər tərəfindən zorla narkotik və cinsi zorakılığa məruz qaldım. Ağır təzyiqlər gördüm və dəhlizlərdə süründüm, məni lüt soyunduraraq karserə atdlar”, - o qeyd edib.

Hilton ailəsinin də bu prosesdə manipulyasiya edildiyini və aldadıldığını söyləyib: “Hazırda səsi olmayan uşaqların səsi olmaq üçün buradayam və onlar üçün əlimdən gələni etməyə hazıram".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm