Məşhur müğənni ona at alan ərinə ad günündə görün nə hədiyyə etdi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni ona at alan ərinə ad günündə görün nə hədiyyə etdi - FOTO

Türkiyəli məşhur müğənni Ece Seçkin ona 2 at hədiyyə edən pilot əri Çağrı Terlemezə ad günü münasibəti ilə son model avtomobil alıb.

Publika.az xəbər verir ki, Ece Seçkin səfərdə tanış olduğu və eşq yaşamağa başladığı pilot Çağrı Terlemezlə 2021-ci ildə evlənib. Cütlük növbəti addımı ilə gündəm yaradıb.

Çağrı Terlemez ötən aylarda doğum günü üçün Ece Seçkinə 2 at alaraq günlərlə adından söz etdirib. Bu hədiyyənin qarşılığında Seçkin həyat yoldaşına ad günündə 2024-ci il model "Mercedes" markalı avtomobil hədiyyə edib.

Ece Seçkin İnstaqram səhifəsində bu sözləri yazıb: "Səni sevməkdən heç vaxt əl çəkməyəcəyəm... Ad günün mübarək, ömrümün baharı, gəncliyim, gələcəyim, sevgilim, əzizim... şadam ki, sən mənimsən ... Tək bu yaş deyil, hər yaş gözəldir. Səni sevməkdən, səni gözləməkdən və sənin üçün yaşamaqdan heç vaxt əl çəkməyəcəyəm".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm