Diddiyə qarşı daha yeddi ittiham: Dəhşətli faktlar üzə çıxdı
Bizi izləyin

Magazin2

Diddiyə qarşı daha yeddi ittiham: Dəhşətli faktlar üzə çıxdı

Seksual zorakılıq və insan alverində şübhəli bilinən amerikalı reper, prodüser P.Diddiyə (əsl adı Şon Kombsdur -red.) qarşı yeddi yeni ittiham irəli sürülüb. Sənətçinin ən gənc qurbanının cəmi 13 yaşı var.

Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Diddi barəsində Nyu-Yorkun Cənub Dairəsinin federal məhkəməsində qaldırılan iddianamədə qurbanlar arasında dörd kişi və üç qadın olduğu bildirilib. O, ən gəncinin 13 yaşı olan həmin şəxsləri zorlamada və cinsi təcavüzdə ittiham olunur.

Bütün bu hadisələr Diddinin Los-Anceles, Nyu-York və Las-Veqasda təşkil etdiyi, aralarında digər məhşur adların da yer aldığı müxtəlif məclislərdə cərəyan edib.

İddiaçılar Diddi və ya onun tərəfdaşları vasitəsilə onların başgicəllənməsinə, ürək bulanmasına və huşlarını itirmələrinə səbəb olan spirtli içkilər qəbul etdiklərini bildirirlər.

Başqa bir mənbə iddia edir ki, Diddi məşhur məclislərdən birində bir musiqiçiyə narkotik maddə verib və ona təcavüz edib. O, ağrıdan yuxudan oyandıqda, əl və ayaqları kəndirlərlə bağlanmış halda olub.

Digər iddia təhlükəsizlik şirkətini idarə edən bir adama aiddir. O, iddia edir ki, məclis zamanı Diddi onu şəxsi otağına dəvət edərək narkotik maddə tərkibli içki verib. Daha sonra onun cinsiyyət orqanına toxunub.

Adı açıqlanmayan daha bir 17 yaşlı gənc musiqiçi də eyni iddialarla onu ittiham edir. O, bir il ərzində Diddinin cinsi təcavüz və məişət zorakılıqları ilə üzləşib.

Daha bir mənbənin məlumatına görə, Diddi qalmaqallı gecələrində qonaqları qadağan olunmuş preparatlar qəbul etməyə məcbur edib, potensial qurbanlarının üzərinə ekstazi və LSD-yə oxşar təsirli narkotik əlavə etdiyi yağ töküb.

Onun ittiham aktı sadəcə bunlardan ibarət deyil. O, şəxsi həyatında sərgilədiyi təhqiramiz hərəkətlərini musiqi və müxtəlif biznes sahələrində də tətbiq edib. İddiaya görə, o, həmçinin, ətrafındakıları manipulyasiya etmək, qorxutmaq və susdurmaq üçün maddi gücündən istifadə edib. Prokurorlar onun həm də adam oğurluğu, məcburi əmək, rüşvətxorluq və digər cinayətlərlə məşğul olduğunu bildiriblər.

Qeyd edək ki, hazırda həbsdə olan Diddinin məhkəməsi 2025-ci ilin may ayına təyin edilib. O, haqqında qaldırılan ittihamların heç birini qəbul etmir. Onun vəkilləri bu yaxınlarda iddiaları da təkzib ediblər.

Bildirilir ki, 100-dən çox zərərçəkən musiqiçini cinsi təcavüz və zorlama iddiaları ilə məhkəməyə vermək niyyətindədir. Günahı sübuta yetirilərsə, reperi minimum 15 il həbs cəzası gözləyir. Ancaq ona ömürlük həbs cəzası da verilə bilər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm