Dünya bu oyunu gözləyir: Messi ilk dəfə olaraq… - FOTO
Bizi izləyin

İdman

Dünya bu oyunu gözləyir: Messi ilk dəfə olaraq… - FOTO

Amerikanın “Atlanta Yunayted” futbol klubu MLS liqasının “İnter Mayami” ilə keçiriləcək pley-off matçı üçün “GTA Vice City” kult oyunu üslubunda parlaq poster buraxıb.

Publika.az xəbər verir ki, afişa məşhur oyuna istinad edən, şəhər macərası ab-havasını yaradan üslubu ilə pərəstişkarların diqqətini çəkib.

Pley-off mərhələsinin start oyunu oktyabrın 25-dən 26-na keçən gecə, Bakı vaxtı ilə saat 06:30-da baş tutacaq. Oyunun xüsusi məqamı o olacaq ki, Lionel Messi ilk dəfə olaraq sinə kamerasından istifadə edərək matçı birinci şəxs prizmasından yayımlayacaq. Bu unikal yayım yalnız “TikTok” platformasında olacaq və azarkeşlərə oyunu əfsanəvi futbolçunun gözü ilə izləmək imkanı verəcək.

Afişa artıq sosial şəbəkələrdə səs-küyə səbəb olub və azarkeşlər mövsümün ən maraqlılarından biri olacağını vəd edən matçı səbirsizliklə gözləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm