Fətullah Gülənin dəfnindən FOTOLAR - YENİLƏNDİ
Bizi izləyin

ABŞ

Fətullah Gülənin dəfnindən FOTOLAR - YENİLƏNDİ

FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Pensilvaniyada Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.

Publika.az xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimə türkiyəli jurnalistlər buraxılmayıb və onların görüntülər çəkməsinə mane olub.

Təşkilat üzvləri isə adlarına hazırlanmış QR kodla mərasim sahəsinə daxil olublar.

Stadionun yerləşdiyi Esseks bölgəsində yerli vaxtla saat 10.00-14.00 arasında pilotsuz təyyarələrin uçması qadağan olunub.

Mərasimdə bəzi FETÖ-çülər papaq, eynək və maska ilə üzlərini gizlətməyə çalışıblar. Beysbol stadionunda keçirilən mərasimə qatılanlar fermaya buraxılmayıb.

FETÖ lideri Pensilvaniyada keçirilən mərasimdən sonra fermasının bağçasında dəfn edilib.

Məlumata görə, Gülənin cənazəsi təşkilat daxilindəki fikir ayrılığına görə ölümündən 4 gün sonra dəfn edilib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. ("Qafqazinfo")

xxx

02:12

FETÖ terror təşkilatının lideri Fətullah Gülən üçün Skyland Beysbol Stadionunda dəfn mərasimi keçirilib.

Publika.az "unikal"a istinadla xəbər verir ki, ABŞ polisinin yüksək səviyyədə təhlükəsizlik tədbirləri gördüyü mərasimdə türkiyəli jurnalistlərin şəkil çəkdirməsinə icazə verilməyib.

Dəfn mərasiminə gələn qonaqlar dəfnə xüsusi QR kodla buraxılıblar. ABŞ polisi bölgədə geniş təhlükəsizlik tədbirləri görüb. Gülənin cənazəsi qara rəngli “Cadillac” markalı avtomobillə stadiona gətirilib.

Qeyd edək ki, FETÖ lideri Gülən oktyabrın 20-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm