Məğlubiyyətsiz irəliləyən klubun sirri ortaya çıxdı - FOTO
Bizi izləyin

İdman

Məğlubiyyətsiz irəliləyən klubun sirri ortaya çıxdı - FOTO

İtaliya C Seriyasında çıxış edən “Peskara” futbolçuları oyunlara hazırlamaqda qeyri-adi üsuldan istifadə edir.

Publika.az xəbər verir ki, futbolçular bir gözlərini bağlayaraq məşq edirlər. Bu ideya ilə klubun baş məşqçisi, 66 yaşlı Silvio Baldini çıxış edib.

Mütəxəssisin sözlərinə görə, bu üsul oyunçuların diqqətini cəmləşdirməyə kömək edir və məşq zamanı yorğunluğu azaldır.

“Əvvəlcə asan olmadı, amma məşqçi bunun konsentrasiyaya kömək etdiyini söylədi. Biz məşqçini dinləyirik və onun göstərişlərinə əməl etməyə hazırıq”, – yarımmüdafiəçi Antonino De Marko “Rete 8”ə müsahibəsində deyib.

Baldini 1984-cü ildən məşqçidir və İtaliyanın bir sıra komandalarına, o cümlədən “Kyevo”, “Parma”, “Leççe”, “Empoli”, “Palermo”, “Peruca” və “Krotone” komandalarına rəhbərlik edib.

C Seriyasının B qrupunun 9 turundan sonra “Peskara” məğlub olmayan yeganə komandadır və 23 xalla turnir cədvəlinə başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm