Magazin2
Serenay Sarıkaya məhkəməyə çağırıldı - İş adamından 5 milyon dollar alıb?
Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya menecer Ayşe Barımla bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar istintaq çərçivəsində şahid qismində ifadə verib.
Publika.az xəbər verir ki, Ayşe Barımın ictimai sektorda monopoliya ilə məşğul olduğu ilə bağlı bir çox iddialar var. Öz agentliyində çalışan məşhur adları hər cəhətdən idarə etdiyi deyilən Barımın digər aktyorların yolunu kəsdiyi də bildirilib. Bu iddialardan sonra başladılan istintaqda Ayşe Barıma ölkədən çıxış qadağası qoyulub.
Mert Demirlə sevgili olan Serenay Sarıkaya Ayşe Barım vasitəsilə bir iş adamından 5 milyon dollar aldığı qeyd olunub. Buna görə aktrisa bu gün şahid qismində ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gedib. Sarıkaya ədliyyə binasının girişində jurnalistlərin "5 milyon dollar aldığınız doğrudurmu?" sualına gülərək cavab verib.
“Hər şey qaydasındadır, şükür Allaha heç bir problem yoxdur. Haqqımızda yazılanlar yalan və böhtandır. Hazırda araşdırma aparıldığı üçün başqa heç nə deyə bilmərəm. Bu günə var gücümlə özüm gəlmişəm. İndi olanlar gözdən salmaq cəhdidir, amma eybi yoxdur. Həqiqət artıq çox aydındır. Ona görə də ifadəmizi verdik”, - deyə aktrisa əlavə edib.
Qeyd edək ki, Sarıkaya Təlimat Bürosunda vəkili ilə təxminən 30 dəqiqə ifadə verib.
Aysel Şahmar
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO




















.jpg)




.jpg)










