Magazin2
Bayraqlar bir həftəlik endirildi - “Onun kimisi heç vaxt olmayacaq”
ABŞ Prezidenti Donald Tramp kantri müğənnisi Dolli Partonun vəfatı ilə əlaqədar ABŞ-də bayraqların bir həftə müddətinə endirilməsi barədə sərəncam verib.
Publika.az xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Bu, milyonlarla insan üçün həqiqi itkidir. Onun kimisi heç vaxt olmayıb və heç vaxt olmayacaq. Onun şərəfinə bu axşam saat 18:00-dan (Bakı vaxtı ilə çərşənbə günü saat 02:00) başlayaraq Birləşmiş Ştatların bütün ərazisində Amerika bayraqlarının bir həftə müddətinə endirilməsini əmr edirəm”, - deyə Tramp yazıb.
Avqustun 25-də amerikalı müğənni, bəstəkar və kantri musiqisinin ikonası Dolli Parton 81 yaşında vəfat edib.
Avqustun 21-də Parton səhhəti ilə bağlı xəbərləri bölüşərək, vəziyyətinin 2025-ci ilin martında — həyat yoldaşı Karl Dinin vəfatından sonra pisləşdiyini qeyd etmişdi. Bununla belə, o, səhhətinin yaxşılaşdığını və işini davam etdirdiyini bildirmişdi.
Dolli Parton bütün dövrlərin ən çox albomu satılan kantri ifaçısıdır - o, dünya üzrə 160 milyondan çox albom satıb.
Hüseyn İbadlı
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida








.jpg)






















.jpg)



