Magazin2
Teylor Sviftin adı həşərata verildi: səbəbi təəccübləndirdi - Foto
Amerikalı müğənni Teylor Sviftin adı bu dəfə elm dünyasında əbədiləşdirilib.
Publika.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri Avstraliyada aşkar edilən yeni həşərat cinsinə ifaçının şərəfinə “Swiftiephylus” adını veriblər.
Yeni cinsə dörd növ daxildir. Növlərin latın dilindəki adları Teylor Sviftin albomlarına və yaradıcılığına uyğunlaşdırılıb. Bunlar “Swiftiephylus taylorae”, “Swiftiephylus amator”, “Swiftiephylus intrepidus” və “Swiftiephylus poetorum”dur. Bu adlar müğənninin "Lover", "Fearless" və "The Tortured Poets Department" albomları ilə əlaqəlidir.
Alimlər yeni həşərat cinsini 1995-2004-cü illərdə Avstraliyaya təşkil olunan ekspedisiyalar zamanı toplanmış 593 nümunənin araşdırılması əsasında təsvir ediblər. Həşəratlar Miridae fəsiləsinə aid edilib.
Tədqiqatın həmmüəllifi Sara Şredder Teylor Sviftin uzun illərdir pərəstişkarı olduğunu bildirib. O, yeni cinsə bu adın verilməsi ilə müğənninin adını elm sahəsində də yaşatmaq istədiyini deyib.
Şredder həmçinin həşəratların açıq rənginin Teylor Sviftin səhnə obrazını xatırlatdığını qeyd edib.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












