Magazin2
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Romandan sənətçilərə çağırış
Müğənni Rafet El Roman süni intellektlə hazırlanan mahnıların müəllif hüquqları və sənətçilərin gəlirlərinə təsirindən danışıb.
Publika.az xəbər verir ki, sənətçi son aylarda müəllif gəlirlərinin və mahnılarının baxış saylarının azaldığını bildirib.
“Son günlər süni intellektlə hazırlanan mahnılar bizim üçün müəllif hüquqları və gəlir baxımından ciddi problemlər yaradır. Son aylarda müəllif gəlirimin və baxış saylarımın azaldığını deyə bilərəm. Yəqin ki, digər sənət adamlarında da belədir” deyə, Rafet El Roman bildirib.
Müğənni süni intellektin sürətlə inkişaf etdiyini və internet vasitəsilə hazırlanan məzmunların daha geniş auditoriyaya çatdırıldığını vurğulayıb:
“Süni intellekt hər gün özünü inkişaf etdirir. İnternet isə onları daha önə çəkir və insanların qarşısına çox çıxarır. Əmək sərf edən insanların hüquqları tapdalanır. Buna son verilməlidir. Ölkəmizdə faydalı qaydalar yaradılmalıdır”.
Rafet El Roman həmkarlarını da bu məsələdə birlikdə mübarizə aparmağa çağırıb:
“Bütün sənətçilərə səslənirəm. Bir olub səslənməliyik, qaydalar tətbiq olunmalıdır. Müəlliflərin hüquqları qorunmalıdır”. (Axşam.az)
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












