Magazin2
CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
ABŞ polisi Minnesota sakini Sirena Enn Kvasta həbs edib və onun fotoşəkli məşhur bir şəxslə bənzərliyinə görə sosial şəbəkələrdə viral olub.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) yazır.
35 yaşlı qadın Kaliforniyanın Monticello şəhərindəki mağazadan təxminən 580 dollar dəyərində iki qoşa elektrik aləti akkumulyatoru dəstini oğurlamaqda ittiham olunaraq saxlanılıb. Nəşrin məlumatına görə, ticarət obyektinin əməkdaşı onu iki gün əvvəl törədilmiş oğurluğa görə tanıyaraq ifşa edib. Saxlanıldıqdan sonra Kvast cinayəti etiraf edib. O, məsuliyyətə cəlb olunub və ona xırda oğurluq ittihamı irəli sürülüb.
Lakin cinayətkarın həbsxanada çəkilmiş fotosu qəfil sosial şəbəkələrdə yayılıb. “Instagram” onlayn platformasının istifadəçiləri onun xarici görünüşündə amerikalı müğənni və aktrisa Cennifer Lopezlə oxşarlıq olduğunu qeyd ediblər.
“Bir anlığa mənə elə gəldi ki, bu, Cey Lodur”, “Matrisada hansısa nasazlıq baş verib”, “Həbsxanada onu D blokundan Cenni kimi tanıyırlar!”, “Bəlkə bu, onun bacısıdır?”, “Bu, qeyri-mümkündür”, – deyə onlar fikirlərini bildiriblər.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

































