Magazin2
Conidən haqqında yayılan xəbərlərə reaksiya - VİDEO
Rusiyada yaşayan azərbaycanlı müğənni Coni son günlər onunla bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı açıqlamasında son bir həftə ərzində özü və komandasına yüzlərlə zəng gəldiyini bildirib:
"Son bir həftə ərzində mənə və komandama şəxsiyyətim ətrafında yayılan xəbərlərlə bağlı hansısa reaksiya verməyimiz xahişi ilə yüzlərlə zəng daxil olub. Bəli, oxumuşam. Həyat yoldaşı və uşaq. Yeni ad. Yeri gəlmişkən, mənim xoşuma gəldi. Gözəl addır.
Bilirsiniz, zəmanəmizin əsas problemi nədir? Biz şübhə etməyi unutmuşuq. Bir görüntü görürük və dərhal ona inanırıq. Mənim səsimə bənzəyən bir səs eşidirsiniz və saniyələr ərzində mənə irad tutmağa, yaxud mənə hansısa damğa vurmağa hazırsınız.
Dünya o qədər sürətlə dəyişib ki, həqiqət artıq öz dəyərini itirib. Amma sizə bir etiraf etmək istəyirəm. Bütün bu səs-küy, bütün bu performans, bu xəbərlər sadəcə bir zarafat deyil.
Bu, güzgüdür. Elə indi, mən danışarkən texnologiyalar mənim üzümü, səsimi oğurlaya bilər və siz kopyanı orijinaldan ayıra bilməzsiniz. Biz elə bir dünyada yaşayırıq ki, kompüteri olan istənilən məktəbli həqiqətdən daha inandırıcı görünən bir reallıq yarada bilər.
Həyat illüziyadır".
(Milli.Az)
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq






















.png)

















