Magazin2
Demet Akalının konsertində gərgin anlar: “Hər tərəfimi əllədi!” - VİDEO
Türkiyənin məşhur müğənnisi Demet Akalın konsert zamanı kişi pərəstişkarının arzuolunmaz fiziki yaxınlığından sonra ilk dəfə danışıb.
Publika.az xəbər verir ki, ifaçı özünə “selfi çəkdirmək” bəhanəsi ilə yaxınlaşan şəxsin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq geri çəkilmədiyini bildirib.
Hadisə İstanbulda keçirilən konsert zamanı baş verib. Konsertdən sonra əsəbi olduğu görünən Demet Akalın mühafizəçilərinə hadisə ilə bağlı etiraz edib və həmin şəxsin ona dəfələrlə toxunduğunu bildirib.
Sənətçi daha sonra həyat yoldaşı Okan Kurtla birlikdə məkanı tərk edib.
Akalın yaşanan hadisə ilə bağlı “Söylemezsem Olmaz” proqramının aparıcıları Bircan Bali və Uğur Kotana açıqlama verib.
Müğənni bildirib ki, həmin şəxs iki dəfə ona yaxınlaşıb və o da hər iki dəfə onu itələyib:
“Özüm hiss etdim. İki dəfə etdi, mən də iki dəfə onu itələdim. Amma nəticə dəyişmədi. İran əsilli imiş. Selfi çəkmək üçün yanıma gəlib”.
Demet Akalın həmin şəxsin birbaşa toxunmadığını, lakin həddindən artıq yaxınlaşdığını qeyd edib:
“Əlləmə, sıxma kimi bir şey yoxdur, amma dəfələrlə yanıma gəldi. Mən ona “get” dedim, getmədi. Yenidən geri qayıtdı. Bu reaksiyasından narahat oldum”.
Sənətçi hadisənin bu qədər böyüməsindən də təəssüfləndiyini bildirib:
“Normalda bunu bu qədər uzatmaram. Bu qədər uzatdığım üçün də üzgünəm. Bu qədər insan ölür, mənim məsələm heç nə deyil. Toxunanda əsəbiləşdim, çünki müalicə alıram”.(“Yeni Sabah”)
View this post on Instagram
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi























.jpg)

















