Magazin2
Kardaşyan xəstəxanaya yerləşdirildi - Atasını öldürən xəstəliklə
Məşhur amerikalı teleulduz Kim Kardaşyan xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “The Kardashians” realiti-şousunun yeni mövsümünün treylerində məlumat verilib.
Treylerdə xəstəxana çarpayısında görüntülənən 45 yaşlı Kardaşyan özündə ezofagit - qida borusunun iltihabı və qıcıqlanması olduğunu açıqlayıb.
Kadrlarda prodüserdən Kardaşyana “Atanız da məhz bundan ölməmişdimi?” sualı ünvanlanır. Bu sözlər Kim Kardaşyan və anası Kris Cenner üçün emosional an yaşadıb. Kris Cennerin kövrələrək “Bu, məni ağlamaq istəyinə salır” dediyi eşidilir.
Xatırladaq ki, Kim Kardaşyanın atası, hüquqşünas Robert Kardaşyan 2003-cü ildə 59 yaşında qida borusu xərçəngindən vəfat edib. Lakin tibbi mənbələrə görə, ezofagit qida borusu xərçəngi ilə eyni xəstəlik deyil. Xroniki ezofagit bəzi hallarda Barret qida borusuna səbəb ola və xərçəng riskini artıra bilər, amma ezofagit diaqnozu avtomatik olaraq xərçəng anlamına gəlmir.
Kardaşyan ailəsi illərdir qida borusu xəstəlikləri ilə bağlı maarifləndirmə işlərinə dəstək verir. 2019-cu ildə Los-Ancelesdə Robert Kardaşyanın adını daşıyan qida borusu sağlamlığı mərkəzinin yaradılmasında ailə üzvləri iştirak ediblər.
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var






.jpg)











.jpg)


















.jpg)


