Magazin2
İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
Məşhur Hollivud ulduzu Ancelina Coli Salma Hayeklə dostluğundan bəhs edərək şəxsi həyatının bəzi detallarını açıqlayıb.
Publika.az xəbər verir ki, aktrisa rejissorluğunu etdiyi və Salmanın rol aldığı "Qansız" filminin çəkilişləri ilə bağlı təəssüratlarını bölüşüb.
“Heç vaxt belə bir əlaqə yaşamamışam”, – deyə 51 yaşlı ulduz qeyd edib.
Yaşını yeni qeyd edən Salma onların münasibətinin güclü emosiyalarla müşayiət olunduğunu etiraf edib: onlar tez-tez ağlayır, gülür və hətta qızğın mübahisə edirdilər. Bununla belə, aktrisa meydançada Coli ilə ünsiyyətin çox təbii olduğunu bildirib.
“Onun düşüncə tərzini xoşlayıram və hiss edirəm ki, o, məni başa düşür. Bilirsiniz ki, sizi başa düşəndə özünüzü təhlükəsiz hiss edir və istənilən vəziyyətdə özünüz ola bilirsiniz. Baxmayaraq ki, mən yenə də ondan yaşca böyüyəm”, - deyə Səlma “People” jurnalına müsahibəsində istehza ilə qeyd edib.
Colinin sözlərinə görə, onlar müxtəlif həyat sınaqlarından keçiblər, lakin sonda oxşar mövqelərdə qərarlaşıblar.
İki ulduzun əməkdaşlığı davam edir və yeni və həyəcanverici bir layihə vəd edir.
Hüseyn İbadlı
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi

























.png)








