Magazin2
Stallone Trampın təklifini rədd etdi: “Bu mümkün deyil!”
Dünya şöhrətli aktyor Silvestr Stallone ABŞ prezidenti Donald Trampın onu Hollivud üzrə “xüsusi səfir” təyin etməsi ilə bağlı təklifi qəbul etmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Stallone bu barədə “The Times of London”a müsahibəsində danışıb.
Qeyd edək ki, ötən il Tramp Stallone, Con Voyt və Mel Gibsonu Hollivud üzrə “xüsusi səfirlər” təyin etdiyini açıqlamışdı. Tramp onların onun “gözləri və qulaqları” olacağını, eləcə də xaricə köçmüş kino biznesinin ABŞ-a qaytarılmasına kömək edəcəklərini bildirmişdi. Lakin üç aktyorun konkret səlahiyyətləri dəqiq müəyyənləşdirilməmişdi.
Stallone isə belə bir vəzifənin real olmadığını düşündüyünü bildirib. Onun sözlərinə görə, Hollivud vahid sistem deyil və ayrı-ayrı kino şirkətləri öz qaydaları ilə fəaliyyət göstərir.
“Bəli, çünki Hollivud feodal dövlətlərə bənzəyir. Hər kəsin öz kiçik krallığı var. Altı kino studiyasına gedib onlara hər şeyi necə etməli olduqlarını deyə bilməzsən”, - aktyor deyib.
Stallone bildirib ki, nə özü, nə Mel Gibson, nə də Con Voyt belə bir sistemdə işləməyə öyrəşib: “Biz hamımız hər şeyi öz bildiyimiz kimi etməyə öyrəşmiş insanlarıq. Xeyr, bu işləməyəcək”.
Aktyor məsələ ilə bağlı Trampa da fikirlərini çatdırdığını və təyinatı qəbul etmədiyini vurğulayıb.
“Bəli. Mən dedim: "Təşəkkür edirəm və xudahafiz!", çünki bu mümkün deyil. Hollivud işləyir və inkişaf edəcək. Bu, korporativ biznesdir və korporativ insanlar mənim onlara maliyyə haqqında danışmağımı istəməyəcəklər”, - Stallone bildirib.
Aktyor təyinatın onun razılığı olmadan elan edildiyini də söyləyib. Stallonenin sözlərinə görə, o, bu barədə ilk dəfə televiziyadan xəbər tutub.
“Bir axşam televizora baxırdım və orada deyirlər: "Stallone, Mel Gibson və Con Voyt olacaq..." Mən də: "Nə?" dedim. Çünki əvvəldən məndən soruşsaydılar, "Bu mümkün deyil!" cavabını verərdim”, - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, Stallone əvvəllər Trampı açıq şəkildə dəstəkləyib. 2024-cü ildə onun prezident seçkilərində qələbəsi münasibətilə keçirilən mərasimdə çıxış edən aktyor Trampı “həqiqətən mifik fiqur” adlandırıb.
Müəllif: Adəm Abbaslı
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















