Magazin2
Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
Rusiyalı reper Ciqanın (əsl adı Denis Ustimenko-Vaynşteyn) Moskva vilayətindəki evində silahlı insident törətdiyi və xidmət personalı ilə mühafizəçiləri təxminən 10 saat girov saxladığı bildirilib.
Publika.az xəbər verir ki, "Mash" Teleqram kanalının məlumatın görə, hadisə iyulun 3-dən 4-nə keçən gecə “Şato Sovren” kottec qəsəbəsində baş verib. Məlumata görə, reper evində çalışanları qonaq otağına toplayıb və onları müxtəlif cinayətlərdə, o cümlədən xəyanətdə ittiham edib.
Bildirilir ki, Ciqan mühafizəçilərdən birini pedofiliyada ittiham edib, ondan bunu etiraf etməsini tələb edib və daha sonra atəş açıb. Mühafizəçinin qolundan və ayağından yaralandığı qeyd olunur. Digər əməkdaşlara qarşı da atəş açıldığı bildirilib.
Hadisə zamanı reperin uşaqlarının da evdə olduğu, onların şkaflarda gizlənərək baş verənlər barədə analarına məlumat verdikləri deyilir. Qonşuların atəş səslərini eşidərək polisə xəbər verdiyi, nəticədə Ciqanın zərərsizləşdirildiyi bildirilir.
Məlumata görə, hadisədən sonra reper İsraildəki reabilitasiya mərkəzlərindən birinə göndərilib.
Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















