Magazin2
Aktrisa qalmaqalın ortasında: Qardaşı onu narkobiznesdə ittiham etdi - FOTO
Britaniyalı aktrisa Codi Törner-Smit qardaşı Riçard Mark Entoni Smitə qarşı açılan məhkəmə işi səbəbilə qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Los-Anceles məhkəməsinə təqdim olunan iddiada üç qadın Riçard Smiti narkotik alveri, cinsi zorakılıq və qanunsuz silah saxlamaqda ittiham edib. Qadınlar anonim saxlanılıb və məhkəmə sənədlərində “Jane Doe” adları ilə göstəriliblər.
İddiaçıların sözlərinə görə, Smit 2023-cü ildən etibarən narkotiklərin satışı və ştatlararası daşınması ilə məşğul olub. Onlar həmçinin Smitin Los-Ancelesdəki mənzilində narkotiklərin təqdim edildiyini və qadınların cinsi münasibətlərə məcbur edildiyini bildiriblər.
Qadınlardan biri Smitin onu narkotik qəbul etməyə və razılığı olmadan cinsi əlaqəyə məcbur etdiyini, hətta evdə saxladığını iddia edib. Digər qadın isə mənzil vədinin qarşılığında cinsi münasibət tələb edildiyini və daha sonra narkotik satışına cəlb olunmağa məcbur edildiyini qeyd edib.
Məhkəmə sənədlərində Codi Törner-Smitin də qardaşının fəaliyyətindən xəbərdar olduğu və ona maddi dəstək verdiyi barədə iddialar yer alıb. İddiaçıların sözlərinə görə, Riçard Smit bacısının onun hesablarını ödədiyini və əvvəllər özünün ona maddi yardım etdiyini deyib.
Sənədlərdə həmçinin aktrisanın qardaşına "Audi" markalı avtomobil hədiyyə etdiyi və avtomobilin narkotiklərin ABŞ Poçt Xidməti vasitəsilə başqa ştatlara göndərilməsində istifadə olunduğu iddiası yer alır.
Bundan başqa, qadınlardan birinə Smitin bacısının narkotik alverindən xəbərdar olduğunu, onunla birlikdə kokain qəbul etdiyini və yeni narkotik partiyalarının alınmasına maddi yardım etdiyini söylədiyi bildirilib.
Lakin məhkəmə sənədlərində bu məlumatların Riçard Smitin özünün iddiaları olduğu, Codi Törner-Smitin cinayət törətdiyini etiraf etməsi anlamına gəlmədiyi xüsusi vurğulanır. Aktrisanın hər hansı hüquqi məsuliyyət daşıyıb-daşımayacağı yalnız məhkəmə araşdırmasının nəticəsindən sonra müəyyənləşə bilər.
İddiaçılar dəymiş zərərin, tibbi və digər xərclərin ödənilməsini tələb edir və işə andlılar məhkəməsinin baxmasını istəyirlər.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































