Magazin2
Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı - Aktrisadan açıqlama
Türkiyəli aktrisa Afra Saraçoğlunun narkotik istifadəsi ilə bağlı araşdırma çərçivəsində aparılan testinin nəticəsi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Bakırköy Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan aktrisanın saç nümunəsində kokain maddəsi aşkarlanıb. Onun evində aparılan axtarış zamanı isə hər hansı qanunsuz maddə aşkar edilməyib.
Test nəticəsinin müsbət çıxmasından sonra Afra Saraçoğlu sosial media hesabında açıqlama yayıb. Aktrisa qanunsuz maddə istifadəsinə qarşı olduğunu və belə maddələrin həyatında yerinin olmadığını vurğulayıb.
Saraçoğlu saç analizində maddə izinin çıxmasını iştirak etdiyi izdihamlı tədbirlərdə passiv məruz qalma və ya təmasla əlaqələndirib. Aktrisa qan və sidik analizlərinin təmiz olduğunu da qeyd edib.
“Araşdırmadan xəbər tutan kimi xaric səfərimi yarımçıq qoyaraq öz istəyimlə ölkəmə qayıtdım və prosesin əvvəlindən etibarən məhkəmə-hüquq orqanlarımızla tam əməkdaşlıq çərçivəsində hərəkət etdim. Belə bir məsələ ilə gündəmə gəlmək ən son istəyəcəyim şey idi. Bu səbəbdən sizi və ictimaiyyətin gündəmini məşğul etdiyim üçün səmimi qəlbdən üzr istəyirəm”, - deyə aktrisa bildirib.
Müəllif: Roza
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



.jpg)























