Magazin2
Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
Amerika aktyoru Çad Loun qızı Fionanın ölüm səbəbi açıqlanıb.
Publika.az “People” nəşrinə istinadla xəbər verir ki, 13 yaşlı qız intihar edib.
Məhkəmə-tibbi ekspertinin açıqlamasına əsasən, Fionanın ölüm faktı çərşənbə axşamı, sentyabrın 29-da gecə saat 01:14-də qeydə alınıb. O, xəstəxanada dünyasını dəyişib.
Özünəqəsdin təfərrüatları açıqlanmır.
Bundan əvvəl Lou ailəsi Fionanın ölümünü elan edərək onu “ağıllı, təşəbbüskar və rəqs etməyi sevən qayğıkeş gənc qız” kimi təqdim etmişdi.
Qızın yaxınları hüzn mesajında həmçinin psixi sağlamlıqla bağlı çətinliklər yaşayan insanları mütəxəssislərə kömək üçün müraciət etməyə çağırıblar.
Çad Lou prodüser Kim Peynterlə evlidir. Fionanın vəfatından sonra onların iki qızı qalıb: 17 yaşlı Meybl Peynter və on yaşlı Niksi Barbara.
Lou “Gözəl yalançılar” serialındakı baş qəhrəmanın atası və “Spenser” sitkomundakı baş rol ilə tanınır. O, həmçinin “Melrouz Pleys”, “Ən yaxşılar”, “İndi və ya heç vaxt”, “Təcili yardım” və “24 saat” layihələrində çəkilib. 1993-cü ildə aktyora dramatik teleserialda ikinci plan üzrə ən yaxşı kişi roluna görə “Emmi” mükafatı təqdim olunub.
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























