Magazin2
Holli Berriyə qarşı zorakılıq ittihamı: Qızı məhkəmədə nə dedi?
Hollivud ulduzu Holli Berrinin 18 yaşlı qızı Nala anasının 12 yaşlı oğlu Maseoya qarşı zorakılıq göstərməsi ilə bağlı məhkəmə prosesində ifadə verib.
Publika.az xəbər verir ki, “People” nəşrinin məlumatına görə, aktrisanın keçmiş həyat yoldaşı, aktyor Olivye Martines oktyabrda yeni iddia qaldıraraq Holli Berrinin sentyabrın 26-da oğlunu döydüyünü irəli sürüb.
Nala isə anasını müdafiə edərək onun nə özünə, nə də qardaşına qarşı fiziki zorakılıq etdiyini gördüyünü bildirib.
“Heç vaxt anamın Maseonu döydüyünü, şillələdiyini, boğazından tutduğunu, onu kobud şəkildə yaxaladığını və ya başqa formada fiziki zorakılıq göstərdiyini görməmişəm. Onun haqqında irəli sürülən ittihamlara az da olsa bənzəyən hər hansı hərəkətinin şahidi olmamışam” deyə, Nala vurğulayıb.
O, anasının sıx iş qrafikinə baxmayaraq, hər zaman uşaqlarına maksimum diqqət ayırdığını bildirib. Nalanın sözlərinə görə, Holli övladlarının ataları haqqında heç vaxt pis danışmayıb.
Bununla belə, qız aktrisanın bəzən sərt davrana bildiyini və yeniyetməlik dövründə olan Maseonun bunu olduğundan daha kəskin qəbul edə biləcəyini qeyd edib.
Qeyd edək ki, Holli Berri daha əvvəl 12 yaşlı oğluna qarşı zorakılıq göstərməsi ilə bağlı ittihamlara münasibət bildirib.(Axşam.az)
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
























.png)













.jpg)
