Magazin2
Meray Kerinin keçmiş əri xəstəxanaya yerləşdirildi - Foto
Amerikalı reper Nik Kannona lupus xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, müğənni Merayya Kerinin keçmiş həyat yoldaşı xəstəliyi ilə bağlı yeni paylaşımını Instagram sosial şəbəkəsindəki səhifəsində edib.
O, xəstəxana çarpayısında olarkən maska ilə çəkilmiş fotosunu yayımlayıb. Foto çəkilən zaman Kennon kompüter tomoqrafiyasına hazırlaşırdı.
“Hamınız mənim üçün dua edin!” – 12 uşaq atası müraciət edib.
46 yaşlı Nik Kennona 2012-ci ildə autoimmun xəstəlik diaqnozu qoyulub. Məlumdur ki, lupus zamanı orqanizmin immun sistemi öz toxuma və orqanlarına hücum edir. İltihab oynaqlara, dəriyə, böyrəklərə, qan hüceyrələrinə, beyinə, ürəyə və ağciyərlərə təsir göstərə bilər.
Hazırda Kennon rəsmi olaraq “Wild 'n Out Live: The Next Generation” konsert turundadır. Onun qastrol səfərlərini davam etdirə bilib-bilməyəcəyi məlum deyil.
Bir gün əvvəl pərəstişkarları Merayya Kerinin səhhətinin vəziyyətindən narahat olublar. Yeni konsertdən yayılan görüntülərdə 57 yaşlı ifaçının səhnədə sərbəst hərəkət edə bilmədiyi görünür: əvvəlcə səhnənin mərkəzinə çatmaq üçün rəqqaslardan birinin köməyinə ehtiyac duyub, daha sonra isə rəqqaslar ona arxaya əyilməyə və ayağını qaldırmağa kömək ediblər.
Hüsyn İbadlı
-
Ekologiya07:17Bu gün 18 dərəcə isti olacaq - Hava proqnozu
-
Art06:16Polad Bülbüloğlu: "İsraildə 5 ağır əməliyyat keçirdim"
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama





































