Rusiyadan Qazaxıstana nota: Məşhur reperin həbsinə görə izahat istədilər
Bizi izləyin

Magazin2

Rusiyadan Qazaxıstana nota: Məşhur reperin həbsinə görə izahat istədilər

Rusiyadan Qazaxıstana nota: Məşhur reperin həbsinə görə izahat istədilər

Rusiyanın Almatıdakı Baş Konsulluğu Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərərək reper Navainin saxlanılması ilə bağlı izahat tələb edib.

Publika.az xəbər verir ki, Rusiya tərəfi nota vasitəsilə reperin harada saxlanıldığı və saxlanma şəraiti barədə məlumat verilməsini, zərurət yaranarsa, konsulluq əməkdaşlarının onunla görüşünə şərait yaradılmasını istəyib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Janbolat Usenov bildirib ki, belə notaların alınması konsulluq fəaliyyətində standart praktikadır. Onun sözlərinə görə, nazirlik yaxın vaxtlarda respublikanın hüquq-mühafizə orqanlarına müvafiq sorğu göndərəcək.

Xatırladaq ki, Navai çərşənbə axşamı Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Polis əməkdaşları və Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti nümayəndələri onun avtomobilini yoxlayarkən narkotik vasitə aşkar edərək götürüblər.

Cümə axşamı Korday Rayon Məhkəməsi reperin həbs edilməsi barədə qərar çıxarıb. Regional polis departamentinin məlumatına görə, sənətçi barəsində Cinayət Məcəlləsinin iki maddəsi - “Qaçaqmalçılıq” və “Narkotik vasitələrin qanunsuz saxlanılması” üzrə araşdırma aparılır.

Xatırladaq ki, əsl adı Nəvai Bəkirov olan sənətçi Rusiya şou-biznesində məşhurlaşan Azərbaycan əsilli ifaçılardandır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm